CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt küçələri dezinfeksiya olunur

© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Дезинфекционные работы на улицах Баку - Sputnik Azərbaycan
Abunə olmaq
300-ə yaxın əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

BAKI, 16 may — Sputnik. Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Xəbər lenti
0