CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kür qırağının əcəb seyrangahı olacaq - Amma sabah

© Sputnik / Murad OrujovБакинский приморский бульвар, фото из архива
Бакинский приморский бульвар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sabah Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 1 may — Sputnik. Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, mülayim cənub küləyi əsəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sabah Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0