Razılıq verildi - Ciddi kadr dəyişikliyi rəsmiləşir

© Sputnik / Irade JELILBaş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələyə baxılıb

BAKI, 1 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunvericiliyə görə, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.

Xəbər lenti
0