Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qorxmağa da səbəb yoxdur: Aldığımızı almışıq, bir azdan özümüzünkü də yetişəcək

© AP Photo / Hatem MoussaФермер собирает пшеницу, фото из архива
Фермер собирает пшеницу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya müvəqqəti olaraq buğda, arpa, çovdar, qarğıdalı ixracını dayandırır. Qadağa bu ölkədə taxıl məhsullarının qiymətinin stabilləşməsinə kömək edəcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Rusiya iyulun 1-nə kimi Avrasiya İqtisadi Birliyi sərhədləri istisna olmaqla, taxıl ixracına qadağa qoyub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. 

Уборка урожая зерновых, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Özümüzünkü olacaq: Yeni buğda sortları yaradılır
Qeyd edilib ki, müvəqqəti olaraq buğda, arpa, çovdar, qarğıdalı ixracatı dayandırılır. Nazirlikdən bildiriblər ki, qadağa taxıl məhsullarının qiymətinin stabilləşməsinə kömək edəcək. Bundan əlavə, ixracatın dayandırılması daxili tələbatı ödəmək məqsədi də daşıyır. 

Qeyd edək ki, Rusiya dünyanın əsas buğda ixracatçılarından biridir və Azərbaycan da idxal etdiyi buğdanın böyük hissəsini Rusiyadan alır. Bəs, indi Rusiyanın taxıl ixracına qadağa qoyması ölkəmizdə çörəyin və unun qiymətinə təsir edəcəkmi? Azərbaycanda taxıl ehtiyatı kifayət qədərdirmi?

Onu da bildirək ki, bu ilin yanvar-mart aylarında ölkəmizə 165,5 min ton buğda idxal edilib. İdxal edilən buğdanın dəyəri isə 36,1 milyon ABŞ dolları olub. Keçən ilin üç ayında ölkəyə 91,1 milyon dollarlıq 405,8 min ton buğda idxal edilib. Beləliklə, Azərbaycana buğda idxalı iki dəfədən çox azalıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bizim kifayət qədər taxıl ehtiyatlarımız var: "Bir aydan sonra da bizim öz yeni məhsulumuz yetişəcək. Həm taxıl ehtiyatımız var, həm də müqavilələr çərçivəsində lazım olan taxıl idxalını həyata keçirmişik. Digər tərəfdən, iyul ayında Rusiyanın özündə yeni taxıl məhsulları yetişəcək. Yeni məhsullar yetişəndən sonra Rusiya ixrac məhdudiyyətini təbii olaraq aradan qaldırmalıdır. Çünki bu ölkənin taxıl məhsulları neftdən sonra yeddinci böyük ixrac qrupuna daxildir. Rusiyanın qeyri-neft ixracının 4-5 faizini taxıl məhsulları təşkil edir. Bu gün neft gəlirlərinin də aşağı düşdüyünü nəzərə alsaq, Rusiya iyul ayında öz taxıl məhsulları yetişəndən sonra ixraca yenidən başlayacaq. Biz burada böyük risk görmürük".

"Builki qlobal proqnozlara görə, dünyanın əsas buğda ixracatçılarından biri kimi Rusiyada məhsul istehsalına ancaq müsbət proqnozlar verilir. Amma bəzi ölkələrdə (məsələn, Avropada və ya ABŞ-da) quraqlığa görə bu istiqamətdə mənfi proqnozlar var. Lakin Rusiya üçün belə bir mənfi proqnoz yoxdur, əksinə proqnozlar müsbətdir və taxıl istehsalı çox olacaq", – deyə o bildirib.

F.Fikrətzadə diqqətə çatdırıb ki, Azərbaycanda taxıl qıtlığı olmayacaq: "Taxıl təchizatı, çörək istehsalı, un istehsalı eyni tempdə, eyni bazar şərtləri çərçivəsində davam edəcək. Kiçik partiyalar ilə olsa da, biz un məhsullarını hətta ixrac da edirik. Rusiyanın taxıl ixracına məhdudiyyət tətbiq etməsi Azərbaycanda çörəyin və unun qiymətinə təsir etməyəcək".

Buğda sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var

İqtisadçı-ekspert Mircavid Həsənov da Sputnik Azərbaycan-a deyib ki, Rusiyanın bu addımı bizə elə də təsir etməyəcək: "Pandemiya ilə əlaqədar bəzi ölkələrdə izolyasiya tədbirləri kənd təsərrüfatına da aid edilib, yəni əksər ölkələrdə əkin-biçin işləri dayanıb. İndi ola bilər Rusiya daxili tələbatı ödəmək üçün bu addımı atıb".

"Pandemiya dövründə Azərbaycanda gübrə, toxum satışı davam edib, əkin-biçin işləri qaydasında aparılıb. Taxıl əkinlərində də heç bir problemimiz yoxdur. Pandemiya dövründə ölkəmizin kənd təsərrüfatında geriləmə olmayıb. Ona görə də Rusiyanın taxıl ixracı qadağasının bizə elə də böyük təsiri olmayacaq", – deyə o qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin payızında taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, ümumilikdə, respublikanın rayonlarında 2020-ci ilin məhsulu üçün optimal müddətdə 640 min hektarı buğda, 369 min hektarı arpa olmaqla 1009,0 min hektarda dən üçün payızlıq taxıl bitkiləri əkilib, əvvəlki illə müqayisədə əkin zamanı gübrələrdən istifadə artaraq 55 min tona çatdırılıb, taxıl əkinlərində 35-40 faiz növbəli əkin sistemindən istifadə olunub. Hazırda taxıl sahələrində bitkilərin inkişafı qənaətbəxş səviyyədədir.

Xəbər lenti
0