16:19 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Ülvi Mehdiyev bu günə qədər icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verildiyini də deyib.

BAKI, 25 aprel — Sputnik. Aprelin 27-dən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri karantin rejimindən əvvəlki qaydada fəaliyyət göstərəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında məlumat verib. O bildirib ki, karantin müddətindən əvvəl “ASAN xidmət” gün ərzində 30 min vətəndaş qəbul edirdi: “Bu kifayət qədər böyük rəqəmdir. Hazırda pandemiya şəraitində bu qədər insanın eyni anda bir yerdə olması yolverilməzdir. Buna görə də əvvəlcədən növbə götürmək növbənin idarə edilməsinə də imkan yaradır. Biz buna nail olacağıq ki, “ASAN xidmət” mərkəzlərinin içində vətəndaşlarımız bir-biri ilə sıx təmasda olmasın. Konkret müddətdə xidmətin alıb gedəcək”.

Ülvi Mehdiyev bu günə qədər icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verildiyini də deyib: “Eyni zamanda SMS icazə vasitəsilə 5 apreldən 25 aprelədək 20 milyon SMS qəbul olunub. Gündə ən azı 1 milyon civarında SMS qəbul edirik. Təxminən 700-800 min insan SMS vasitəsilə icazə alıb öz zəruri işlərini görə bilir”.

Sədr onu da qeyd edib ki, əgər vətəndaşlar “ASAN xidmət”ə gəlmək üçün yaşayış yerini tərk edirsə, birinci növbə götürsün, sonra SMS icazəsi alsınlar: “Bu, vətəndaşın vaxtının idarə edilməsi üçün daha rahat olacaq. Çünki “ASAN xidmət”dən istifadə limitli olacaq. Bir mərkəz min nəfərədək şəxsə xidmət verəcəkdir, 1001-ci şəxs sabahı gün xidmət almalı olacaq”.

Əsas mövzular