Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

© AP Photo / Manish SwarupЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, bir sutka ərzində bu ölkədə daha 1 nəfər ölüb. Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 28-dir. Xəstəlikdən sağalanların sayı 803-ə çatıb.

BAKI, 25 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 1677-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 81 nəfər artıb.

Bundan əlavə, bir sutka ərzində bu ölkədə daha 1 nəfər ölüb. Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 28-dir. Xəstəlikdən sağalanların sayı 803-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,7 milyonu keçib, 190 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0