23:54 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib

BAKI, 21 aprel — Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib.

Sputnik Azərbaycan-a Mərkəzdən verilən məlumata görə, təqdim olunmuş dərman preparatları “Cırtdan” adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. “Biz birlikdə güclüyük!” şüarı altında təqdim edilən yardım xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədini daşıyır.  Son illər ərzində Azərbaycanda xəstə və yardıma ehtiyacı olanlara, xüsusilə uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib və onun təşəbbüsü ilə “Cırtdan” meqaşousundan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir. Qeyd edilməlidir ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə maliyyə yardımı, Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.

Əsas mövzular