CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili İşlər Nazirliyi də dezinfeksiya işlərinə qoşuldu - VİDEO

© Photo : REPORTBakıda küçələrin dezinfeksiyası
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Dezinfeksiya işlərinə həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlanılıb.

BAKI, 18 aprel — Sputnik. Bu gün Bakının 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dezinfeksiya işlərinə Daxili İllər Nazirliyinin şəxsi heyəti də qoşulub. Belə ki, nazirlik bu işlərə 8 xüsusi avtonəqliyyat ayırıb. Dezinfeksiya işlərinə həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlanılıb. Bu barədə vətəndaşlara hələ ötən gündən xəbərdarlıq edilsə də, göründüyü kimi küçələrə yenə vətəndaşlar var. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin də 3 ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.

Xəbər lenti
0