Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Öldürücü istilik: Koronavirusun məhv olduğu temperatur aşkar edildi

© Photo : NIAID-IRFВид на зараженную коронавирусом клетку под микроскопом
Вид на зараженную коронавирусом клетку под микроскопом - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatın nəticələri virusun öldürülməsi üçün ən uyğun dezaktivasiya protokolunu seçməyə kömək edəcək.

BAKI, 17 aprel — Sputnik. Fransanın Eks-Marsel Universitetinin (Aix-Marseille Université) bir qrup alimi koronavirusun 15 dəqiqə ərzində 92 dərəcəyə qədər qızdırıldıqdan sonra tamamilə öldüyünü aşkar ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, fransalı alimlər tədqiqatın nəticələrini "bioRxiv" resursunda dərc ediblər. 

Xəstələrin analizlərinin tədqiq olunduğu əksər laboratoriyalarda tətbiq olunan standart protokola görə, virusları dezaktivasiya etmək üçün onları bir saat ərzində 60 dərəcəyə qədər qızdırmaq lazımdır. Eksperiment zamanı tədqiqatçılar koronavirusu bir saat ərzində 60 dərəcəyə qədər qızdırıblar və bundan sonra onun bəzi ştamlarının hələ də çoxala bildiyini aşkar ediblər. Koronavirusu yalnız 15 dəqiqə ərzində 92 dərəcəyə qədər qızdırdıqdan sonra tamamilə dezaktivasiya etmək mümkün olub.

Tədqiqat üçün elm adamları koronavirus ştammı ilə yoluxdurulmuş yaşıl Afrika meymununun böyrək hüceyrələrindən istifadə ediblər. Yoluxmuş hüceyrələr iki sınaq şüşəsinə yerləşdirilib: bir sınaq şüşəsi steril mühiti, digəri isə qeyri-steril mühiti imitasiya edib. Bunun üçün ikinci şüşəyə heyvan mənşəli zülallar qoyulub.

Eksperiment müəllifləri qeyd ediblər ki, tədqiqatın nəticələri analizlərlə birbaşa işləyən tibbi personalın yoluxma təhlükəsinin qarşısını almaq üçün virusun ən uyğun dezaktivasiya protokolunu seçməyə kömək edəcək.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 2 milyondan çox yoluxma faktı qeydə alınıb, 131 mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0