21:24 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
64 0 0

Hazırda qeydiyyat zamanı "həyat yoldaşının fin kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub.

BAKI, 17 aprel — Sputnik. 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin olunub-olunmaması ilə bağlı bildiriş göndərilməyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb. Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir. Artıq 20 min nəfərə imtina sms-i göndərilib. Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur. Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir. Hazırda qeydiyyat zamanı "həyat yoldaşının fin kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və fin kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq. Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir".

Əsas mövzular