Azərbaycanda 70 idman rekordunun sahibi vəfat edib

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar idman ustası və Azərbaycanın əməkdar məşqçisi Yuri Ryabov həyatının 81-ci ilində dünyasını dəyişib.

 

BAKI, 16 aprel — Sputnik.  SSRİ-nin əməkdar idman ustası, ağır atletika üzrə 70-dən çox rekordun sahibi Yuri Ryabov Azərbaycanda vəfat edib. Bu barədə məlumat Sputnik Azərbaycan-a Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilib.

Azərbaycanın veteranı, Prezident təqaüdçüsü Yuri İvanoviç Ryabov 81 yaşında vəfat edib.

Ryabov 25 may 1939-cu ildə anadan olub. 50 ildən çoxdur ki, Azərbaycanda ağır atletika və olimpiya hərəkatının inkişafında, eləcə də yüksək səviyyəli idmançıların hazırlanmasında səmərəli iştirak edib.

SSRİ-nin əməkdar idman ustası, beynəlxalq və ümumittifaq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi beynəlxalq və ümumittifaq yarışlarında respublikanın idman şərəfini layiqincə qoruyub. 1961-1974-cü illərdə Yuri Ryabov ağır atletika üzrə Azərbaycan yığmasının aparıcı idmançısı olub.

13 titula malik Azərbaycan çempionu həmçinin ölkənin 70-dən çox rekordunun müəllifidir. O, Beynəlxalq Ağır Atletika Federasiyasının "500" klubunun üzvü olub.

Xəbər lenti
0