Fərid Şəfiyev: "Koronavirus bioloji müharibə ilə bağlı müzakirələrə yol açıb"

© AFP 2023 / Ahmad Al-RubayeДезинфекция в пригороде Багдада
Дезинфекция в пригороде Багдада - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllif məqalədə COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır

BAKI, 10 aprel — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Kanadanın nüfuzlu "Geopolitical Monitor" nəşri üçün COVİD-19 pandemiyasının bitməsindən sonra dünya düzəninin necə dəyişəcəyi və normal həyata qayıdışa dair məqalə yazıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məqalədə bildirilib ki, COVID-19 pandemiyası dünyanda böhran yaratdığı bir vaxtda çox sayda ekspertlər ölkələrin və digər aktorların davranışlarında dəyişikliklərin olacağını proqnoz verirlər.

Bəziləri ölkələr arasında sərhədlərin bağlanması ilə qloballaşma təhlükəsinə dair xəbərdarlıq edir, digərlər ksenofobiya, milliyyətçilik və rasizmin yeni dalğasının baş qaldıracağını ehtimal edirlər. Həmçinin qlobal böhran fonunda böyük güclər arasında rəqabətin artacağı proqnozlaşdırılır. Lakin müəllifin fikrincə, dünyanın beynəlxalq əlaqələr sistemində hər hansı köklü dəyişiklər baş verməyəcək.

Müəllif məqalədə COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır: "Bu pandemiyadan sonra bir sıra ölkələrin milli səhiyyə sisteminin yenidən qurulmasına baxmayaraq beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklik müşahidə olunmadı. Dünya BMT-nin sələfi olan Millətlər Liqasının yaranmasına və dağılmasına şahid oldu. 1939-1945-ci illərdə daha bir dünya müharibəsi baş verdi. I Dünya Müharibəsi İspan qripinə nisbətən beynəlxalq münasibətlərdə daha çox dəyişiklik yaratdı".

Müəllif hesab edir ki, koronavirusdan sonrakı dövrdə bəzi ölkələrdə baş qaldıracaq iqtisadi böhran yeni regional münaqişələrə səbəb ola bilər. Lakin bəşəriyyət bu virus və ya digər yoluxma nəticəsində ərzaq çatışmazlığı ilə qarşılaşmadığı müddətdə dünya ciddi şəkildə dəyişməyəcək.

Xəbər lenti
0