CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirdə qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb

© Sputnik / Rahim MuradovАвтомобиль ППС, фото из архива
Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

BAKI, 7 aprel — Sputnik. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda rayondaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş, Gəncə şəhər sakini, 56 yaşlı Rövşən İsmayılov saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırma zamanı həmin şəxsin cari ilin fevral-mart aylarında avtobuslarda ümumilikdə 3 vətəndaşın çantasından pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun Şəmkir, eləcə də digər qonşu şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti
0