03:06 28 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
15110

Şirkət pandemiya ilə mübarizəyə dəstək üçün insanların haralara getdiyini göstərən hesabat yayacaq. Google coğrafi ərazilərə görə insanların hərəkətlərini izləyəcək və hesabat yayacaq

BAKI, 4 aprel — Sputnik. Google şirkəti koronavirus ilə mübarizə çərçivəsində 131 ölkə və bölgədə insanların hərəkətləri ilə bağlı topladığı məlumatları ictimaiyyətə açıqlayacaq.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Google şirkəti kimlərin "evdə qal" xəbərdarlığına əməl edib-etmədiyini göstərmək üçün məkan, yer məlumatlarını açıqlayacağını bildirib.

Şirkət pandemiya ilə mübarizəyə dəstək üçün insanların haralara getdiyini göstərən hesabat yayacaq. Google coğrafi ərazilərə görə insanların hərəkətlərini izləyəcək və hesabat yayacaq.

Google şirkətinin hesabatlarında insanların haraya (marketlərə, apteklərə, parklara və yaxud iş yerlərinə) getdikləri və bu yerlərin nə qədər sıx olduğu öz əksini tapacaq.

Bildirilib ki, insanların yerləşdiyi məkanlar və ya onların şəxsiyyətini müəyyən etməyə yönələn bilgilər açıqlanmayacaq.

 

Əlaqədar

Ümrədən qayıdan adam beş qohumunun ölümünə səbəb oldu
Cərimə və həbs olunmamaq üçün oxuyun: karantində yasaqlar
Pandemiyanın Avropadakı əsas qurbanı bəlli oldu: Sonun başlanğıcı
Karantin rejimində “bayram” edirdilər, gözlərindən gəldi
Evdən çıxmağa icazə almaq üçün hamının telefonu varmı - Rəsmi açıqlama

Əsas mövzular