Qonşuda koronavirusa yoluxmuş şəxslərlə bağlı tətbiq hazırlanır

© Sputnik Aleksandr Imedashvili / Mediabanka keçidЖенщина в защитной маске в вагоне метро в Тбилиси
Женщина в защитной маске в вагоне метро в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 130-a çatıb. Bu barədə məlumat "StopCov" saytında yerləşdirilib.

BAKI, 2 aprel — Sputnik. Gürcüstan hökuməti koronavirusa yoluxmuş şəxslə mümkün əlaqəni izləməyə imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi üçün Avstriya ilə danışıqlara aparır. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Qabuniyanın sözlərinə görə, bu tətbiq Gürcüstan üçün adaptasiya olunmalı və onun texniki tərəfi hesablanmalıdır: "Biz bu tətbiqi vətəndaşlarımızın xidmətinə vermək istəyirik. Avstriya ilə danışıqlar aparılır, bu ölkə bizimlə öz təcrübəsini bölüşür".

Qeyd olunur ki, tətbiq istifadəçinin marşrutunu Səhiyyə Nazirliyinin məlumatı ilə yeniləyərək virusa yoluxmuş vətəndaşların ziyarət etdiyi yerləri göstərəcək.

Машина медицинской скорой помощи на улице Тбилиси. - Sputnik Azərbaycan
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Əgər əlaqə aşkarlanarsa, virusa yoluxmuş şəxslə əlaqə yeri və zamanı telefonun ekranında göstəriləcək.

Yoluxmuş şəxslərlə bağlı informasiya bazası Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən daima yenilənəcək.

Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 130-a çatıb. Bu barədə məlumat "StopCov" saytında yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında virusa yoluxanların sayı 117 idi. Gürcüstanda bu virusa yoluxan 26 nəfər sağalıb. Daha 5 437 şəxs karantində saxlanılır, 260 nəfər isə həkimlərin nəzarətindədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08:00 radələrində qüvvəyə minib. 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

Xəbər lenti
0