Qadağaya tüpürüb kafe işlədirdi, sonu yaxşı olmadı

© Sputnik / Murad OrujovПустое кафе на приморском бульваре
Пустое кафе на приморском бульваре  - Sputnik Azərbaycan
Abunə olmaq
Kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.

BAKI, 1 aprel — Sputnik. Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilərin barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

Xəbər lenti
0