04:03 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir

Eldar Tanrıverdiyev. Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. İran Xarici İşlər Nazirliyi (XİN) 31 mart 2020-ci il tarixində qondarma "Dağlıq Qarabağ Respublikasında" təşkil olunması nəzərdə tutulan "prezident" və "parlament" seçkiləri ilə bağlı məlumat yayıb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İran XİN-in sözçüsü Seyid Abbas Musəvi bildirib ki, ölkəsi regionda gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.

"Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir", - deyə İran XİN-in rəsmi nümayəndəsi bildirib.

O, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.

Əsas mövzular