ELM

Təhsil onlayn dərslərə keçib, tələbələr qoşulmağa internet tapmır

© AFP 2023 / ALAIN JOCARDДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İnternet imkanı məhdud olan tələbələrlə bağlı uyğun addım atılacaq. Tələbələrin internetə əlçatanlığı müzakirə olunduqdan sonra onlayn dərslərin təşkili mexanizmi ona uyğun qurulacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Bütün dünyanı ağuşuna alan virus pandemiyası həyatımıza ciddi dəyişikliklər edib. Koronavirusa görə təhsil müəssisələrinin fəaliyyətini dayandırması artıq bəzi universitetləri onlayn dərslərin tədrisinə başlamağa məcbur edib. Amma bu qərar bəzi problemlərə yol açıb.

Ребенок смотрит телевизор, фото из архива - Sputnik Azərbaycan
Distant təhsilin ilk günündə uşaqlarla valideynlərə şok yaşatdılar

Sosial şəbəkələrdə onlayn dərslərə qoşulmayan tələbələrin 0 balla qiymətləndiriləcəyi barədə məlumatlar var. Bəzi təhsil ekspertləri Nazirlər Kabinetinin qərarı olmadan universitetlərin onlayn dərslərə başlamasını qanunsuz hesab edir. Onların fikrincə, onlayn dərslər keçirilməzdən öncə bütün tələblərin onlayn dərslərə çıxış imkanları təmin olunmalıdır. Çünki rayonlarda, yataqxanalarda, eləcə də kirayədə yaşayan bir çox tələbənin internetə normal çıxışı yoxdur.

Bəs görəsən, onlayn dərslərə başlayan universitetlər tələbələrin şəraitini nəzərə almalıdırmı?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, bununla bağlı təlaşa, narahatlığa lüzum yoxdur. O, bildirib ki, universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib: "Karantin müddətində universitetlərdə onlayn dərslərin keçirilməsi doğru addımdır. Universitetlərə bildirilib ki, bu dərsləri hansı proqramlarla keçmək daha əlverişli olar. Eyni zamanda internet imkanı məhdud olan tələbələrlə bağlı uyğun addım atılacaq. Tələbələrin internetə əlçatanlığı müzakirə olunduqdan sonra onlayn dərslərin təşkili mexanizmi ona uyğun qurulacaq. Universitetin elektron saytında onlayn dərslər mütəmadi olaraq yerləşdiriləcək və tələbə istədiyi vaxt dərsləri ordan izləyə biləcək".

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, onlayn dərslərlə bağlı ən böyük narazılıq regionlarda yaşayan tələbələrdəndir: "Tələbələrin bir hissəsi regionlarda yaşayır. Çox təəssüf ki, bizim bölgələrimizdə hələ də əhalinin internetə əlçatanlığı tam təmin olunmayıb. İnternet olan rayonlarımızda isə sürət o qədər aşağıdır ki, tələbələr onlayn dərslərə qoşula bilmirlər. Ona görə də, universitetlər öz tələbələrinin bu problemini başa düşməlidir. Amma digər tərəfdən də tələbələr bilməlidirlər ki, onların əldə edəcəyi biliklər əmək bazarında onlara lazım olacaq. Ona görə də elektron dərsliklərdən istifadə etməklə, bu bilikləri almağa cəhd etməlidirlər. Bununla belə qeyd edim ki, bu gün vacib olan məsələ ölkə əhalisinin sağlamlığıdır. Bizə əvvəlcə sağlam gənclər lazımdır".

Bakı Slavyan Universitetinin (BSU) tələbəsi Şamama Bəxtiyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, universitet tələbələrin şəraitini nəzərə alaraq internetə çıxış imkanı olmayan tələbələrə 0 qiymət yazmayacaq: "Mən Ağcabədi rayonunda yerləşən Ağbulaq obasında yaşayıram. Hazırda kənddə evimizdəyəm. İnternetə çıxış imkanımızın olmadığını universitet rəhbərliyinə bildirmişəm. Mənə bildiriblər ki, buna görə mənfi davamiyyət  və 0 bal yazılmayacaq. Mənim kimi ucqar kəndlərdə yaşayan xeyli sayda tələbə var. Düşünürəm ki, hər universitet tələbələrinin yaşadığı ərazi üzrə internetə çıxış imkanını nəzərə almalıdır. Onlayn dərslərin keçirilməsi çox yaxşıdır. Bu bizim təhsildən uzaq qalmamağımız üçündür. Amma bu zaman da tələbələrin internetə çıxışı nəzərə alınmalıdır".

Контроль за соблюдением специального режима в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin rejimini pozanlar barədə tədbir görüləcək – Xəbərdarlıq edildi

Bakı Slavyan Universitetinin (BSU) Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, koronavirus panepidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar olaraq Operativ Qərargah tərəfindən elan olunmuş tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə BSU-da distant təhsil texnologiyalarının tətbiqi yolu ilə onlayn-virtual dərslər davam etdirilir: "Bununla bağlı BSU-nun rektoru, professor Nurlana Əliyeva müvafiq əmr verib, həmin əmr əsasında təlimat hazırlanaraq professor-müəllim və tələbə heyətinə təqdim olunub. Distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkili olunması üçün universitet bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib. Hazırda www.tedris-bsu.org portalında kafedraların bir-biri ilə çevik əlaqə saxlaması üçün korporativ elektron poçt ünvanlarına giriş üçün şəxsi kabinet istifadəyə verilmiş və rəsmi sənədlərin fasiləsiz dövriyyəsi təmin olunub. Tələbələrin mövcud elektron tədris resurslarına çıxışının təmin olunması, bütün mühazirə mətnlərinin əldə edilə bilməsi, həmçinin hər bir fənn üzrə imtahan sualları, sillabuslar və auditoriyadankənar saatlara aid işlərin mövzularının əlçatan olması üçün elektron tədris platformasında fakültə, ixtisas və akademik qruplar üzrə xüsusi bölmələr açılıb, bütün zəruri tədris materialları tyutorlar tərəfindən virtual qovluqlara yerləşdirilib. Maksimum tələbə heyətinin distant təhsil texnologiyaları vasitəsilə keçirilən dərslərdə daha həvəslə iştirak etmələri və motivasiya aləti olaraq davamiyyətin monitorinqini aparmaq və tələbələrin hazırlıq reytinqini müəyyən etmək üçün elektron jurnal modulundan da istifadə edilir. Elektron jurnala zəif nəticə göstərən tələbələrin qiyməti və davamiyyət qeyd olunmur. Elektron jurnal sistemi sadəcə müəllimlərə onlayn dərslərdə iştirak etməyən tələbələri müəyyən edərək onların dərslərdən geri qalmaması üçün digər imkanlardan istifadə edə bilməsinə şərait yaradır. Bununla yanaşı, Avropa İttifaqının ERASMUS+ proqramının BSU-nun qoşulduğu PETRA layihəsi çərçivəsində tələbə və müəllimlərin istifadəsinə verilən "Moodle" elektron tədris platformasında da təlimlər uğurla davam etdirilir. Bundan əlavə, BSU Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi "Microsoft Teams" platformasından da istifadə etməkdə maraqlıdır. Layihəyə qoşulmaq üçün universitet artıq bütün tələbə və müəllim heyətinin qeydiyyat formasını nazirliyinin müvafiq şöbəsinin elektron poçtuna göndərib. BSU-nun rektoru tərəfindən imzalanmış əmrdə dərslərin dayandırıldığı mövcud vəziyyətdə kredit sistemi əsasında tədrisin təşkili qaydalarına uyğun distant təhsil vasitələri və texnologiyaları ilə tələbələrin imtahanlaraqədərki cari fəaliyyətinin diqqətdə və nəzarətdə saxlanılması və qiymətləndirilməsi yolları və mexanizmləri aydın şəkildə təsvir olunub. Elektron informasiya texnologiyaları şöbəsi tələbələrin müxtəlif tədris-məlumat resursları bazalarından istifadəsinə, tədris portalları və platformalarına çıxışına dəstək verir".

Полицейский в защитной маске в Грузии - Sputnik Azərbaycan
Qonşu ölkə şəhərlərini tam bağladı: karantin rejimi

Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə "Microsoft Teams" platformasından istifadəni təklif edib. "Microsoft Teams" platforması ali təhsil müəssisələri üçün video bağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi kimi imkanlar yaradır. Həmçinin böyük həcmli materialların yerləşdirilməsi, təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması alətlərində istifadə, qrup işinin təşkili də bura daxildir. "Microsoft Teams" platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir. Məlumat üçün bildiririk ki, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Eyni zamanda qeyd edək ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.

Xəbər lenti
0