CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimini pozan kafe aşkar edilib

CC BY 2.0 / Nick Taylor / LunchВ кафе одного из бакинских поселков, фото из архива
В кафе одного из бакинских поселков, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

BAKI, 30 mart — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Xəbər lenti
0