CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bibiheybət yolu da bağlandı

© Sputnik / Irade JELILBayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il
Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq

BAKI, 29 mart — Sputnik. Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Режиссер Джалаладдин Гасымов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yol polisi və həkimin dostluğu - Bədii film çəkir

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik.

Xəbər lenti
0