CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamı getdi, maska, spirt gətirdi, Şahqulu isə...

© The State Customs Committee of ARMüsadirə
Müsadirə - Sputnik Azərbaycan
Abunə olmaq
Qutulara baxış keçirilən zaman  oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924000  qutu  “Milano”, 983500 qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2” və  29000 qutu“Marlboro Gold Edge” markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.

BAKI, 27 mart — Sputnik. Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən,  Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.

Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5041 karton qutu aşkar olunub.  Qutulara baxış keçirilən zaman  oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924000  qutu  “Milano”, 983500 qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2” və  29000 qutu“Marlboro Gold Edge” markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0