Xristian dünyasının böyük ziyarətgahı da bağlandı

© AP Photo / Mahmoud IlleanМужчина в храме Гроба Господня в Иерусалиме, фото из архива
Мужчина в храме Гроба Господня в Иерусалиме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan əyalətində aşkar edilib.

BAKI, 27 mart — Sputnik. Qüdsdə koronavirus təhlükəsinə görə, xristian dünyasının ən müqəddəs yeri hesab edilən Müqəddəs Məzar Kilsəsi ziyarətçilərin üzünə bağlanılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qərar yeni qaydalar əsasında İsrail höküməti tərəfindən qəbul edilib. Hazırda bütün ölkə ərazisində sərt karantin tədbirləri keçirilir. Vətəndaşlara evlərindən 100 metrdən çox uzaqlaşmağa icazə verilmir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabr ayında Çinin Uhan əyalətində meydana gəlib. Bu günə qədər dünyanın 197 ölkəsində müşahidə edilən xəstəlikdən 22 mindən çox adam dünyasını dəyişib. Son statistikaya görə, 486 min insan xəstəliyə yoluxub. Hazırda İsraildə 2495 nəfər virusa yoluxub, 5 nəfər ölüb.

Xəbər lenti
0