21:27 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
38 0 0

Qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib.

BAKI, 19 mart — Sputnik. Bakıda hamilə qadın ölüb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.

Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Əsas mövzular