CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğrular da keyfiyyətini itirib - Zaqatalada ləpə oğrusu saxlanılıb

CC0 / Pawel_Litwin / орехиФундук, фото из архива
Фундук, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hal-hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 13 mart — Sputnik. Zaqatalada "Naco" ləqəbli oğrunun başçılıq etdiyi dəstə saxlanılıb. Sputnik Azərbaycan Daxil İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən "Naco" ləqəbli Nəcməddin Baqayev və onun dəstəsi Hacımurad Bolayev , Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən M.Tahirovun vasitəsilə videokameraların qarşısını bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq olan fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət əməli ilə əldə etdikləri fındıq ləpəsini Bakı şəhərində satdıqlarını bildiriblər.

© AR Ministry of Internal AffairsZaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər
Oğrular da keyfiyyətini itirib - Zaqatalada ləpə oğrusu saxlanılıb - Sputnik Azərbaycan
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər

Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0