CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladı 1-ci sinfə gedəcək valideynlərə xəbərdarlıq

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 11-dən etibarən 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

 

BAKI, 13 mart — Sputnik. Bu gün saat 11-dən birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat martın 10-da başlayıb. Bu gündən etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, martın 11-dən etibarən 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi, Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və Binə bələdiyyələri, Xətai və Nizami rayonları üzrə Təlimə Dəstək Mərkəzi, Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Sabunçu rayonu üzrə Gənclər evi, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə isə Gənclər evində fəaliyyət göstərir. Vətəndaşlar Alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər yaxınlaşa bilərlər. Valideynlər Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladlarını özləri ilə aparmasına ehtiyac yoxdur.

 

Xəbər lenti
0