CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzun daha bir kəndinə su verilib

© Sputnik / Ilham AhmadovXalxalqışlaqda
Xalxalqışlaqda - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə çərçivəsində 15 t su çəni 6 m hündürlükdə estakada üzərində quraşdırılıb və 3060 m su xətti çəkilərək kənd su ilə təmin olunub.

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Azərbaycanın dilbər güşələrindən biri də Oğuz rayonudur. Rayonun tarixi məkanları və turizm potensialı olduqca genişdir. Rayonda son zamanlar daha çox kənd turizmi inkişaf edib. Kənd turizminin inkişafı rayona gələn turistlərin, eləcə də qonaqların sayının artmasına zəmin yaradır.

Lakin bəzi amillər və problemlər var ki, buraya səfər edən turistlərin gəlişində müəyyən axsamalar yaradır. Bu problərdən ən başlıcası su problemidir. Oguzun Xalxalqışlaq kəndi də həmin problərin yaşandığı kəndlərdən biridir. Lakin son zamanlar kənndə yaradılan şərait bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir. Kənd içməli su probleminin ancaq çay suyundan istifadə etmək, eləcə də kənardan gətirməklə həll edirdi. Kənddəki 48 ailə illərdir bu problemlə yaşamaqda idi.

Dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, problem həllini tapmamışdı. Son zamanlar problemin həlli istiqamətində rayon icra hakimiyyəti və kənd nümayəndəliyi əsaslı şəkildə təşkilatlara müraciət edərək problemin həllinə nail olublar. Kənddən 7 km aralıdakı Seyidəhməd bulağından kəndə suyun çəkilişinə nail olunub. Beləliklə, kənd su problemindən qurtulub. Layihə çərçivəsində 15 t su çəni 6 m hündürlükdə estakada üzərində quraşdırılıb və 3060 m su xətti çəkilərək kənd su ilə təmin olunub. Layihə şərcivəsində bütün evlər su ilə təmin edilib, 15 yerdə su qurğusu və bir yerdə bulaq kompleksi qurularaq kənd əhalisinin istismarına verilib. 

© Sputnik / Ilham Ahmadov
Xalxalqışlaqda - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Ahmadov
Xalxalqışlaqda - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Ahmadov
Xalxalqışlaqda - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Xəbər lenti
0