Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ekranlarının ulduzunun azərbaycanlı kökləri aşkarlanıb

© Sputnik / Murad OrujovСамые красивые девушки на красной дорожке четвертого дня музыкального фестиваля "Жара-2019" в Баку
Самые красивые девушки на красной дорожке четвертого дня музыкального фестиваля Жара-2019 в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur teleaparıcı Yuliya Baranovskaya Bakını çox sevdiyini, genetik testin nəticəsində azərbaycanlı olduğu üzə çıxarkən buna məmnun qaldığını deyib.

BAKI, 5 mart — Sputnik, Kəmalə Əliyeva. Məşhur rusiyalı teleaparıcı Yuliya Baranovskaya təsadüfən bilib ki, onun azərbaycanlı kökləri var. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bunu televiziya efirində etiraf edib.

Baranovskayanın sözlərinə görə, bu sirr Yelena Malışevanın "Jit zdorovo!" proqramında iştirakı zamanı açılıb.

"Mən öz köklərim barədə öyrənmək üçün verilişdə genetik testdən keçmək qərarına gəldim. Nəticədə məlum oldu ki, mənim genetik qohumlarım Azərbaycanda da yaşayır. Bunu öyrənmək mənə xoş oldu. Çünki Bakı sevimli şəhərlərimdən biridir. Orada mən özümü evdəki kimi hiss edirəm", - deyə Baranovskaya bildirib.

Aparıcı həmçinin xatırladıb ki, hər il Bakıda olur və aparıcı qismində "Jara" beynəlxalq musiqi festivalında iştirak edir.

Yuliya Baranovskaya tamaşaçılara "Devçata", "Modnıy priqovor", "Mujskoye/Jenskoye" və bir çox digər verilişlərin aparıcısı kimi tanışdır.

Xəbər lenti
0