Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən Sputnik Türkiyə-yə hücumla bağlı sərt reaksiya

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМинистерство иностранных дел России
Министерство иностранных дел России - Sputnik Azərbaycan
Abunə olmaq
XİN-in məlumatına əsasən, hücumun qurbanları hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar, onlarla əlaqə yaratmaq mümkün olmayıb.

BAKI, 1 mart - Sputnik. Ankarada Sputnik Türkiyə-nin əməkdaşlarına hücum edilməsi, həmçinin jurnalistlərin saxlanılması onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu barədə Rusiya XİN İnformasiya və mətbuat departamentinin şərhində deyilir.

Daha öncə məlum olub ki, dünən axşam saatlarında Sputnik Türkiyə-nin əməkdaşlarının yaşadıqları mənzilə bir qrup naməlum şəxs hücum etməyə cəhd edib. Naməlum şəxslər əməkdaşların ünvanına hədə-qorxular səsləndirərək onlardan peşə fəaliyyətlərinə son qoymağı tələb ediblər.

XİN-in məlumatına əsasən, hücumun qurbanları hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar, onlarla əlaqə yaratmaq mümkün olmayıb.

"Türkiyə hakimiyyətini hadisəyə müdaxilə edərək Rusiya KİV-nin nümayəndələrinin təhlükəsizliyini təmin etməyə və baş verənlərin detallarının aydınlaşdırılmasında yardımçı olmağa çağırırıq", - Rusiya XİN-in şərhində deyilir.

Öz növbəsində Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Leonid Slutski Ankarada yaranmış vəziyyətin yolverilməz olduğunu bildirib.

"İstənilən vəziyyətdə hüquqi yolla hərəkət etmək polisin radikal elemenlərin bu hiddətləndirici hərəkətlərinə qiymət verməsini gözləmək lazımdır", - komitə sədri deyib.

Slutski əmindir ki, Sputnik-in əməkdaşlarının müdafiəsi üçün tələb olunan tədbirlər görüləcək.

Xəbər lenti
0