06:05 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
48 0 0

!!!!!Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin rəisi polkovnik Kamal Əliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, Astarada Azərbaycan-İran sərhədində yaradılan səyyar hospitalda 20 texnika, 100 nəfərlik şəxsi heyət, o cümlədən 8 həkim və 8 tibb işçisi fəaliyyət göstərəcək:

"Fövqəladə Hallar Naziriliyi Mülki Müdafiə Qoşunlarının Tibb Xidməti və sair qüvvələrinin Səyyar şəhərciyi açılıb. 450 çarpayılıq 59 çadır qurulub, bundan əlavə Səyyar Mobil Hospital qurulur. Qərargaha sərhəddən keçən hər bir şəxs bir-bir mobil hospitalda təkrar müayinə olunacaq. Hər hansı bir şübhə yaranarsa ixtisaslaşdırılmış səhiyyə ocağına təhvil veriləcək. Çadırlar rahat yataq dəstləri, bir neçə gün qalmaq üçün lazımi avadanlıqlarla təmin olunub. Səyyar hospitalda isə təbii ki, qəbul-çeşidləmə məntəqəsi var ki, bu da xəstə ilə sağlam vətəndaşı ayırmaq üçün yaradılıb. Laboratoriya, ağır xəstələr üçün reanimasiya otaqları və ağır xəstələrin təxliyyə edilməsi üçün xüsusi avtomobillərimiz də var".

  • Səyyar hospital
    © Sputnik / Rahim Zakiroghlu
  • Səyyar hospital
    © Sputnik / Rahim Zakiroghlu
  • Səyyar hospital
    © Sputnik / Rahim Zakiroghlu
  • Səyyar hospital
    © Sputnik / Rahim Zakiroghlu
  • Səyyar hospital
    © Sputnik / Rahim Zakiroghlu
  • Səyyar hospital
    © Sputnik / Rahim Zakiroghlu
1 / 6
© Sputnik / Rahim Zakiroghlu
Səyyar hospital

Məlumat üçün bildirək ki, ilkin müayinədən keçmiş və xəstəlik aşkar olunmayan şəxslər heç bir maneə olmadan yollarına davam edə biliəcəklər.

Əsas mövzular