09:11 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Sultanov bildirib ki, məməlilərin süni artırılması üçün şərait yaratmaq lazımdır. Məməlilər daha çox payızda çoxalır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. "Populyasiya ekologiyası, yəni müəyyən müddətdə hansısa ərazidə nə qədər heyvanı vurmaq olar, bunun olması çox önəmlidir. Bundan başqa, vəhşi təbiətin davamlı idarə olunması da ovçuluğun nəticəsində meydana çıxıb".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ornitoloji Cəmiyyətin sədri Elçin Sultanov Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

O bildirib ki, məməlilərin süni artırılması üçün şərait yaratmaq lazımdır. Məməlilər daha çox payızda çoxalır.

Bundan başqa, E.Sultanov qeyd edib ki, fevraldan etibarən, yaz aylarında quşların ovu düzgün deyil: "İş yaxşı qurulmadıqda, süni artım olmadıqda neqativ hallar müşahidə olunur. Ov heyvanlarının yoxa çıxması ilə deqradasiya yaranır".

Əsas mövzular