CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycansayağı teleportasiya: Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı

© Sputnik / Vitaly TimkivLada 2107 avtomobili, arxiv şəkli
Lada 2107 avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin dindirilmə zamanı M.Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

BAKI, 24 fevral — Sputnik. Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Hacıyevə məxsus "VAZ-2107" markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin, əvvəllər məhkum olunmuş, 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyən olunub. M.Abbasov şübhəli şəxs qismində tutulmuş T.Hacıyevə məxsus "VAZ-2107" markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürülüb.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxs - 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov
Azərbaycansayağı teleportasiya: Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - Sputnik Azərbaycan
Saxlanılan şəxs - 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov

İlkin dindirilmə zamanı M.Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0