09:34 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Enerji istehlakı
© Sputnik / Elnur Salayev

Dünya və Azərbaycanda elektrik enerjisi istehlakı ilə bağlı daha dolğun məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz

Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə Azərbaycanda 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb.

Bir orta statistik Azərbaycan vətəndaşı ildə 1603 kilovat/saat elektrik enerjisi istehlak edir. Respublikamız Beynəlxalq Energetika Agentliyinin (IEA) reytinqində 83-cü yeri tutur.

2019-cu ilin mayında əhali üçün elektrik enerjisinin istehlakına tətbiq edilən güzəşt limiti ayda 250 kilovatdan 300 kVt/saata qaldırılıb.

1 kVt/saat elektrik enerjisinin pərakəndə qiyməti aylıq istehlak həcmi 300 kVt/saatı keçməyən əhali kateqoriyasından olan abonentlər üçün 7 qəpik, bu limitdən artıq enerji istehlak edənlər üçünsə 11 qəpik təşkil edir.

Beynəlxalq Energetika Agentliyinin reytinqinə görə, İslandiya adambaşına düşən elektrik enerjisi istehlakına görə liderdir (adambaşına 51 min kVt/s-dan çox). Sonrakı yerləri Norveç (25,2 min kVt/s) və Küveyt (18,3 min kVt/s) tutur. Ən az elektrik Haitidə istehlak edilir (24,4 kVt/s) – İslandiyadan 20 min dəfə az.

Azərbaycan postsovet ölkələrində adambaşına düşən elektrik enerjisi istehlakının reytinqinə görə axırdan üçüncü yeri tutur. Dünya və Azərbaycanda elektrik enerjisi istehlakı ilə bağlı daha dolğun məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Digər infoqrafikalar

  • Qadın kopyüter arxasında
    Last update: 09:09 01.04.2020
    09:09 01.04.2020

    Mədəniyyət müəssisələri fəaliyyətini necə qurur?

    Artıq bir neçə təşəbbüs, o cümlədən "Metodiki tövsiyələrin elektron təqdimatı", mədəniyyət təzahürlərin açıq müzakirəsi və s. layihələr reallaşdırılıb.

    1
  • Azərbaycanlı reperlər Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli&Navai dueti)
    Last update: 08:36 01.04.2020
    08:36 01.04.2020

    Məşhur azərbaycanlı HammAli&Navai dueti parçalandı?

    Rusiyanın Azərbaycan əsilli tanınmış ifaçıları əvvəlcədən razılığa gəliblər ki, onlar həm duet, həm də solo oxuyacaqlar və bununla da pərəstişkarlarını sakitləşdirəcəklər.

    5
  • Distant iş, arxiv şəkli
    Last update: 07:58 01.04.2020
    07:58 01.04.2020

    Məsafədən işləmək ağırdır, amma...

    Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, onlayn-məsafədən işləmək insanlara müxtəlif təsir edir. Yəni bu insandan və işdən çox asılıdır.

    6
  • Turistlər Bаkıdа
    Last update: 23:56 31.03.2020
    23:56 31.03.2020

    Koronavirusun turizmi çökdürməməsi üçün tövsiyələr hazırlanıb

    Koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq

    7

Əsas mövzular