CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşda əhali arasında yayılan xəstəliklə bağlı - Rəsmi açıqlama

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidЛекарственные препараты и градусник для измерения температуры
Лекарственные препараты и градусник для измерения температуры - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdaş rayon Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub. Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"dən (TƏBİB) Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı, uşaqlar və böyüklərin qrip və suçiçəyinə yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub. Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb. Abad kəndində müayinə nəticələri Ağdaş RMX-PHŞ-in və rayon GEM-in rəhbərliyi tərəfindən dəyərləndirilib. Kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb.

Qeyd edək ki, Abad kənd icra nümayəndəsi Lətif Müstafayev APA-nın yerli bürosuna bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər. İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib: "Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur. Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını xəstələnməmələri üçün məktəbə göndərmir. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".

Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub. Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər: "Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".

Xəbər lenti
0