CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Keyfiyyətə nəzarət sistemləri yoxdur" - "AzerGold" QSC-nin sədri

© Sputnik / Murad Orujov Председатель правления ЗАО AzerGold Закир Ибрагимов
 Председатель правления ЗАО AzerGold Закир Ибрагимов  - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. "Çin, Hindistan, İtaliya və Türkiyə kimi təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24%-ni təşkil edir. Onlar Azərbaycana idxal olunduğu halda isə bu əlavələr 46%-dək artır. Adını sadaladığım ölkələrdə isə qızıla aksiz vergisi tətbiq edilmir". Sputnik Azərbaycan-ın xəbərinə görə, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla təşkil olunan görüşdə belə deyib.

Onun sözlərinə görə, yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir: "Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemləri yoxdur. Bu isə iqtisadi itkilərə, eyni zamanda da bir sıra sosial problemlərə səbəb ola bilər".

"Qeyd edim ki, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası icra edirdi. Lakin hazırda bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır", - deyə o əlavə edib.

Xəbər lenti
0