08:42 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Uzun məşqlərin idrak funksiyalarına təsirinə aydınlıq gətirmək üçün alimlər məşq seansından sonra semantik yaddaş tapşırığı zamanı beynin aktivləşməsini araşdırıblar.

BAKI, 16 fevral - Sputnik. Mütəmadi fiziki hərəkətlər sağlam həyat tərzinin əsas komponentidir, lakin onların üstünlükləri əzələlərin güclənməsindən və çəki itkisindən daha yüksəkdir.

AZƏRTAC xəbər verir ki, Merilend Universitetinin alimləri gündə 30 dəqiqəlik hərəkətin yaddaşı yaxşılaşdırdığını müəyyənləşdiriblər.

Onların araşdırması Beynəlxalq Neyropsixoloji Cəmiyyətinin jurnalında dərc edilib. Məqsəd, məşq və idrak funksiyaların arasındakı əlaqəni anlamaqdır.

Uzun məşqlərin idrak funksiyalarına təsirinə aydınlıq gətirmək üçün alimlər məşq seansından sonra semantik yaddaş tapşırığı zamanı beynin aktivləşməsini araşdırıblar. Onlar 26 iştirakçı (55 yaşdan 85 yaşa qədər) cəlb ediblər, nəzarət üçün funksional maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə olunub.

Sürətli hərəkətlər yaddaşın aktivləşməsinə səbəb olub. Alimlər iştirakçıların xüsusi düşərgəsində fiziki hərəkətlərdən sonra istirahət ilə müqayisədə daha böyük aktivləşmənin baş verdiyini müəyyən ediblər. Tədqiqatçılar düşünürlər ki, fiziki məşqlər neyrotransmitterlərə, sinir sisteminin böyüməsinə, ümumi beyin fəaliyyətində əsas rol oynayan qısamüddətli amillərə təsir edir. Bu təsir sinir aktivləşməsinin artmasına səbəb olur.

Müəlliflər izah edirlər: “Əzələ hərtərəfli fəaliyyətə uyğunlaşdığı kimi, xatirələri daha effektiv canlandırmaq, funksionallığı təmin etmək və adaptasiya olmaqla yanaşı, neyron sinir sisteminin xüsusi fəaliyyətini çevikləşdirə bilər”.

 

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1328
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1999
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1068