Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam

© Sputnik / Nigar IskanderovaXalis Cəlilovun əsərləri
Xalis Cəlilovun əsərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xalis Cəlilov: “Barelyefi xəyalımda canladırır, daha sonra həmin obrazın sujet və xarakterinin vəhdətini tabloya və yaxud divara köçürürəm"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Sənətkar olmaq üçün bəzən ali təhsil almağa belə ehtiyac olmur. Bir-birindən fərqli barelyeflərin müəllifi olan 1980-cı il təvəllüdlü Xalis Cəlilov “Neft-Qaz” mühəndisliyi ixtisasını bitirib. O, 10 ildən artıqdır ki, tikinti və planlaşdırma üzrə aparıcı mühəndis kimi fəaliyyət göstərir. İşdən sonra, asudə vaxtlarında əlini boyaya bulayır, desək yanılmarıq. Rəngkarlıq, rəssamlıq, bir sözlə, çəkib yaratmaq onun əsas hobbisi, məşğuliyyətidir. 

Sputnik Azərbaycan-a verdiyi müsahibədə o, ixtisası ilə hazırda gördüyü iş arasında bir əlaqə də tapa bilib. Yəni tikinti və planlaşdırma üzrə mühəndis kimi müxtəlif layihələrin işlənməsi zamanı əldə etdiyi təcrübələr, həvəskar rəssam kimi fəaliyyətinə müsbət töhfə verib: “Uşaq vaxtlarından rəsmə, incəsənətə böyük marağım var idi. Sonradan yaşa dolduqca dərk etdim ki, rənglərlə işləmək, onlar arasında qarşılıqlı əlaqəni, eyni  zamanda da harmoniyanı üzə çıxarmaq üçün daha çox çalışmalı və öz üsulubumu müəyyənləşdirməliyəm. Rəssamlıqla bağlı hər hansı professional məktəb və kurslarda iştirak etməsəm də, mütəmadi olaraq müxtəlif tanınmış rəssamlarının əsərləri ilə tanış oluram. Çalışıram ki, onlardan müəyyən qədər bəhrələnim. Fikrimcə, bu tanışlıq mənə sənətdə hər zaman düzgün istiqamət tapmağımda faydalı olacaq”.  

© Sputnik / Nigar IskanderovaXalis Cəlilovun əsərləri
Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam - Sputnik Azərbaycan
Xalis Cəlilovun əsərləri

Onun üçün uğura gedən yol səbr, yuxusuz gecələr, əmək və mütaliədən keçir: “İstəyərəm ki, gələcəkdə məni öz əl işlərimlə tanısınlar. Hazırda fərdi yaradıcılığımı davam etdirirəm. Eyni zamanda Azərbaycan Respublikası Rəssamlar İttifaqına üzvülüyü ilə bağlı tələb olunan sənədləri hazırlayıb İttifaqa təqdim etmişəm. Düşünürəm ki, İttifaqa üzv qəbul olmağım müxtəlif yaş həddində olan rəssamlarla tanışlığıma və onlarla təcrübə mübadiləsi aparmağıma şərait yaradacaq”.

6 ildir ki, əsasən barelyef üslubunda çalışan sənətkar əsərlərini peşəkar rəssamlara göstərərək onların rəyini də öyrənir. Artıq bir neçə rəssam ona nöqsanlarını göstərərək öz tövsiyələrini veriblər.

"Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl sənət növüdür. Bu səbəbdən irili-xırdalı hər bir işə həssas və məsuliyyətlə yanaşmağa çalışıram. Düşünürəm ki, bu cür yanaşma rəssamın xəyal dünyası, qəlbinin istəyini rənglərin dili ilə büruzə verməsinə köməklik edir”, - deyə Cəlilov bildirib. 
© Sputnik / Nigar Iskanderova
Xalis Cəlilovun əsərləri - Sputnik Azərbaycan
1/3
© Sputnik / Nigar Iskanderova
Xalis Cəlilovun əsərləri - Sputnik Azərbaycan
2/3
© Sputnik / Nigar Iskanderova
Xalis Cəlilovun əsərləri - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Sənətkar deyir ki, bir bareleyefin ərsəyə gəlməsi və ideyasını öncə xəyalında cızır. Daha sonra isə bunu bir eskiz halında ərsəyə gətirir: “Barelyefi xəyalımda canladırır, daha sonra həmin obrazın sujet və xarakterinin vəhdətini tabloya və yaxud divara köçürürəm. Ümumiyyətlə, bir işə başlamazdan öncə işlənəcək şəkillə bağlı olaraq “AutoCad” proqramında cədvəl qururam. Beləcə, divarda və yaxud pannoda qurulan cədvəlin eskizini hazırlayıram. Hazırlayacağım barelyef həcmlidirsə, bu zaman ilkin olaraq onun qabaritli təsvirlərinin alınması üçün səth üzərində xüsusi metal tordan istifadə edirəm. Növbəti mərhələdə isə keroplast, dekorativ gips, heykəltəraşlıq üçün nəzərdə tutulan plastilin, qoruyucu təbəqə yaratmaq üçün lak, müxtəlif boyalardan istifadə edirəm".

© Sputnik / Nigar IskanderovaXalis Cəfərovun əsəri
Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam - Sputnik Azərbaycan
Xalis Cəfərovun əsəri

Cəlilov bu günədək barelyeflə yanaşı həm də həvəskar rəssam kimi yağlı boyada özünü sınayıb: “Barelyef üslubunda 14 iri həcmli əsərim var. Hazırda isə digər 3 əsər üzərində işlərim tamamlanmaq üzrədir. Tablolarla yanaşı, həcmindən asılı olaraq daxili divar və xarici fasad üzərində də  müxtəlif işlər hazırlamışam”.

Xalis Cəlilov 50-dən artıq portretin müəllifidir. O, barelyeflərlə yanaşı, portretlər üçün də sifarişlər qəbul edir. Lakin hələlik sifariş əsasında hazırlamadığı barelyefləri satmağı düşünmür. Bunun səbəbi isə barelyef üslubunda olan əsərlərinə çox əmək və vaxt sərf etməsidir. 

Xəbər lenti
0