CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç yüzə yaxın autizmli uşaq sosial reabilitasiya xidmətlərindən faydalanır

© AFP 2023 / MARTIN BUREAUМальчик, страдающий аутизмом, фото из архива
Мальчик, страдающий аутизмом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu layihə çərçivəsində uşaqların psixososial reabilitasiya, fizioterapevtik müalicə və müayinə xidmətlərinə, sosial inteqrasiyaya, nevropatoloq məsləhətlərinə xüsusi önəm verilib

BAKI, 15 fevral — Sputnik. “Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Bakıda Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresində çıxışı zamanı deyib.

O, bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir. Xüsusi ehtiyacı olan uşaqlar arasında autizmli uşaqlar da xüsusi  yer tutur. Belə uşaqların sosial reabilitasiyası üçün mühüm tədbirlər həyata keçirilir. Ötən dövr ərzində internat və uşaq evlərinin inkişafı layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sosial Xidmət müəssisələrində 300-ə yaxın uşağın  xidmət alması üçün şərait yaradılıb.

© Sputnik / Zulfiyya GuluyevaƏmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov
Üç yüzə yaxın autizmli uşaq sosial reabilitasiya xidmətlərindən faydalanır - Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov

A.Kərimov əlavə edib ki, uşaqların yeni reabilitasiya və bərpa mərkəzləri yaradılıb. Burada il ərzində 300-ə yaxın uşaq, o cümlədən autizmli uşaq sosial reabilitasiya xidmətlərindən faydalanır. Bu müəssisələrdə onlara psixoloq, əmək terapevti özünə qulluq xidmətləri göstərilir.

2019-cu ildə ölkədə həyata keçirilən sosial layihələrin sayının daha da artdığını söyləyən nazir müavini bildirib ki, ötən il ərzində bu layihələrdən təxminən 9000 şəxs, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar bəhrələnib: "Keçən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara göstərilən qayğı xüsusi rol oynayır. Ötən dövr ərzində autizmli uşaqlar üçün ayrıca layihə həyata keçirilib. Bu layihədə 800-dən çox uşaq iştirak edib. Çox faydalı olan bu layihənin 2020-2021-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində uşaqların psixososial reabilitasiya, fizioterapevtik müalicə və müayinə xidmətlərinə, sosial inteqrasiyaya, nevropatoloq məsləhətlərinə xüsusi önəm verilib".

Xəbər lenti
0