06:18 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
622 0 0

Dietoloq deyir ki, bu dərmanlarla bağlı heç bir elmi əsas yoxdur, həkimlər tərəfindən də göstəriş yoxdur. Lakin xəstələr kütləvi şəkildə bu dərmanlardan istifadə edir, daha sonra da müxtəlif problemlərlə həkimlərə üz tuturlar

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Arıqlamaq üçün nə etməli? Bu gün bir çox qadınları xarici görünüşü ilə bağlı düşündürən əsas sual məhz budur. Təki arıqlayım, deyərək onlar bəzən sağlamlıqlarını da risk altına atırlar.

Bir çox hallarda piylənmədən əziyyət çəkənlər, deformasiyaya uğramış bədən quruluşuna sahib olanlar, eləcə də ideal bədənə malik olmaq istəyənlər  həkimə müraciət etmək, idmanla məşğul olmaq əvəzinə haqqında elə də detallı məlumat əldə etmədikləri, ziyanları haqda xəbərdar olmadıqları dərman preparatlarına üstünlük verirlər. Belə dərmanlar isə ən yaxşı halda sadəcə kömək etmir, ən pis halda isə xərçəngə səbəb olur. Uzun müddətdir bütün dünya həkimlərinin “ziyandır” xəbərdarlığına artıq azərbaycanlı ekspertlər də qoşulublar.

Maraqlıdır, dietoloqların bu məsələyə münasibəti necədir?

Xəstəlik tapmadan və əziyyət çəkmədən arıqlamaq istəyənlər üçün ideal resept

Dietoloq Tutu Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bu dərmanlaırn ziyanlarından söz açıb: "Bu dərmanların əsas xüsusiyyətlərindən biri mərkəzi sinir sisteminə təsirləri ilə bağlıdır. Bu cür vasitələr bağırsaqlara da mənfi təsir edir. Bundan başqa, arıqlamaq üçün nəzərdə tutulan dərmanlar vitamin-mineral defisiti yaradır. Bilirsiniz ki, qidalardan aldığımız vitaminlər bağırsaqlarımızda mənimsənilir. Nəticədə bağırsaqda funksiya pozğunluğu vitamin minerallar mənimsənilmədən orqanizmdən xaric olmasına səbəb olur. Bu da saç tökülməsi, aqressiya, bir sıra qadın xəstəliklərinin yaranması ilə nəticələnir".

"Bundan başqa, bağırsaq divarında da zədələnmələr baş verir. Bu da nəticə etibarı ilə xərçəngin yaranmasına səbəb olur. Bu dərmanlarla bağlı heç bir elmi əsas yoxdur, həkimlər tərəfindən də göstəriş yoxdur. Lakin xəstələr kütləvi şəkildə bu dərmanlardan istifadə edir, daha sonra da müxtəlif problemlərlə həkimlərə üz tuturlar", – deyə ekspert bildirir.

Dietoloqun sözlərinə görə, bu dərmanların heç bir faydası yoxdur: "Köklükdən əziyyət çəkən şəxslər öncə müxtəlif müayinələrdən keçməlidirlər. Ehtiyac olarsa, həkim tərəfindən müalicə yazılmalıdır. Düşünürəm ki, arıqlama dərmanları üçün xərclənən bu vəsaiti yığıb, müayinədən keçib, problemin səbəbini araşdırmaq daha təqdirəlayiq olar".

Əsas mövzular