Bir seçki dairəsinin nəticələri ləğv edildi

© Sputnik / Murad OrujovМуниципальные выборы в Азербайджане
Муниципальные выборы в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Komissiya təklifi səsə qoyaraq qəbul edib və 80 saylı Dairə Seçki Komissiyasının nəticələri ləğv olunub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılır.

Sputnik Azərbaycan xəbər verir ki, Seçki günü seçki qutularına topa bülletenlərin atılması, protokolların təqdim edilməməsi faktları qeydə alınıb.

"Bu pozulma hallarının olması nəzərə alınaraq dairənin nəticələrinin ləğv olunmasınını təklif edirəm".

MSK təklifi səsə qoyaraq qəbul edib və 80 saylı Dairə Seçki Komissiyasının nəticələri ləğv olunub.

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

Xəbər lenti
0