Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çində qiymətlər sürətlə bahalaşdı – Koronavirus səbəbindən

© © REUTERS/Edgar Su/File PhotoСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
İstehlak qiymətləri indeksindəki artımın əsasən Yeni ildəki tələb və koronavirusun baş verməsi ilə əlaqəli olduğu bildirilib.

BAKI, 12 fevral — Sputnik. Çində qiymətlərdə koronavirusun yayılması və Yeni il təsiri səbəbindən son 9 ildə ən sürətli artım qeydə alınıb.

Sputnik Azərbaycan "Bloomberg HT"yə istinadla xəbər verir ki, yanvar ayında Çində istehlak qiymətləri Yeni ildə güclü tələbin olması və ərzaq qiymətlərinin bahalaşması səbəbindən artıb. İstehlak qiymətlərinin artması proqnozları ötüb.

Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayı ilə müqayisədə 5.4% artıb. İqtisadçıların proqnozları isə 4.9% idi. 2019-cu ilin dekabr ayında isə istehlak qiymətləri indeksi 4.5% artmışdı.

Yanvar ayında Çin iqtisadiyyatı koronavirus epidemiyası səbəbindən nəqliyyatda baş verən axsamalar ilə zərər görüb.

İstehlak qiymətləri indeksindəki artımın əsasən Yeni ildəki tələb və koronavirusun baş verməsi ilə əlaqəli olduğu bildirilib.

Xəbər lenti
0