00:56 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini bölüşüblər

BAKI, 7 fevral — Sputnik. Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbir "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirdə əvvəlcə Ağaxan Abdullayev haqqında videoçarx nümayiş olunub.

Xalq artisti Mənsum İbrahimov Ağaxan Abdullayevin ifaçılıq sənətinə töhfələrindən danışıb: "Çox təəssüf ki, əcəl onu aramızdan tez apardı. Ağaxan müəllim Azərbaycan muğam sənətinin sütunlarından biri idi. Nə qədər ki, Azərbaycan xalqı var, Ağaxan Abdullayevin mahnıları da bir o qədər yaşayacaq".

Vurğulanıb ki, Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edib. Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar artist və Xalq artisti fəxri adlarına, habelə "Simurq", "Humay", "Yaşa Azərbaycan" mükafatlarına və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.

  • Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib
    © AR Ministry of Culture
  • Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib
    © AR Ministry of Culture
  • Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib
    © AR Ministry of Culture
1 / 3
© AR Ministry of Culture
Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib

Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Gecədə "Buta" instrumental ansamblının müşayiəti ilə çıxış edən Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslan, Mələkxanım Əyyubova, Simarə İmanova, Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Məmməd Nəcəfov, Elnarə Abdullayeva musiqi proqramı təqdim ediblər.

Tədbirin sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi adından gecəni təşkil edənlərə və iştirakçılara təşəkkürünü bildirib.

Əsas mövzular