Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda müxtəlif rəqs növləri üzrə çempionat keçiriləcək

© © Azerbaijan Dance Association«Чемпионат Баку» по танцам, фото из архива
«Чемпионат Баку» по танцам, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq.

BAKI, 5 fevral — Sputnik. Fevralın 9-da Azərbaycan Dövlət Teatr Xadimlərinin Mədəniyyət Evində rəqs üzrə açıq statuslu Bakı çempionatı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbir Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası, həmçinin "Jam Group Production"-ın dəstəyi ilə təşkil edilib. Yarış bu yaş qrupundan olan şəxslər arasında keçiriləcək: aşağı yaş qrupu (altı yaşadək), 7-10 yaşlı uşaqlar, yeniyetmələr (11- 15 yaş), gənclər (16 və yuxarı).

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq.

© © Azerbaijan Dance AssociationRəqs üzrə açıq statuslu "Bakı çempionatı"nın afişası
Bakıda müxtəlif rəqs növləri üzrə çempionat keçiriləcək - Sputnik Azərbaycan
Rəqs üzrə açıq statuslu "Bakı çempionatı"nın afişası

"Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı, həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib ölkəmizin adını zirvələrə qaldıra bilərlər", - deyə Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov bildirib.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Sputnik Azərbaycan layihənin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0