Ərdoğan Əsəddən qisasını almağa başladı – Həm də müttəfiqinə xəbərdarlıq etdi

© © Presidential Press Service via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Rusiya rəsmilərinə xitab edərək vurğulayıb ki, "Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın"

BAKI, 3 fevral — Sputnik. Türkiyə İdlibdəki hücumun cavabını artıqlaması ilə verib və verməyə də davam edir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda əməliyyat davam edir. Müəyyənləşdirilən 40-a yaxın nöqtə əməliyyatların hədəfindədir və ilkin məlumatlara görə, Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib. Nöqtəni qoymayacağıq, əməliyyat eyni şəkildə davam edir. Çünki biz bir tərəfdən şəhid verərkən, digər tərəfdən səssiz qala bilmərik. Hazırda bölgədə təyin olunan nöqtələr həm fırtına özüyeriyən artilleriya qurğusu, həm də "F-16" ilə vurulmağa davam edir", - deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan Rusiya rəsmilərinə xitab edərək vurğulayıb: "Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın".

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə dörd türk əsgəri şəhid olub, daha 9 hərbi qulluqçu yaralanıb. Ankara hücumun Əsəd qüvvələri tərəfindən edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə hadisə barədə hələlik açıqlama verməyib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq üçün bu bölgəyə göndərilib: "Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən şiddətli top atəşinə tutulublar. Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Vəziyyət nəzarət altındadır və lazımi tədbirlər görülüb".

Xəbər lenti
0