Qardaş köməyi: Çindəki azərbaycanlı tələbələri Türkiyə gətirəcək

© REUTERS / CARLOS GARCIA RAWLINSСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirən zaman azərbaycanlı tələbələri də gətirəcək

BAKI, 29 yanvar — Sputnik. Türkiyə vətəndaşları ilə yanaşı, Azərbaycan vətəndaşlarını da Çindən təxliyə edəcəyik. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Səhiyyə naziri bizim ölkəmizdə hər hansı bir narahatlığın olmadığını bildirdi. Lakin Şində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var. Onların Türkiyəyə geri qayıtmaq istəkləri var. Mən tədbirlərin görülməsini, Azərbaycandan olan qardaşlarımızın da bura daxil edilməsini istədim. Onları Türkiyəyə gətirək və karantində saxlayaq", - deyə Ərdoğan vurğulayıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirən zaman azərbaycanlı tələbələri də gətirəcək.

Xatırladaq ki, Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirus indiyədək 132 nəfərin ölümünə səbəb olub. Bundan başqa, dünya üzrə 6 minə yaxın insanın bu ölümcül virusa yoluxduğu iddia edilir.

Xəbər lenti
0