Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qalmaqal bitəcək - "Bu şəhərdə" üzvlərinə "yox" cavabı verilməyib

© © Youtube / Bu ŞəhərdəBu Şəhərdə 2018 - KefAl 18 il - Ərəblər Bakıda videosundan səhnə
Bu Şəhərdə 2018 - KefAl 18 il - Ərəblər Bakıda videosundan səhnə - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizə, dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda konsertə icazə vermədilər."

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulan konsertinə qadağa qoyulub”. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda teatrın rəhbəri Müşfiq Abbasov sosial şəbəkədəki hesabında məlumat verib.

Sevgi şimşəyi tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Uşaq teatrında 16+ tamaşa göstəriləcək

İddia edilir ki, artıq 15 gündür Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdıqları məktuba cavab verilmir: "Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də mart ayının 1 və 2-si "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tbilisi və s. şəhərlərdə biz və ya kimsə konsert verəndə həmin şəhərin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur, sadəcə konsert keçirəcəyin zal danışılır. Sumqayıtda isə mütləq İcra Hakimiyyəti icazə verməlidir.

Bizə, dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda konsertə icazə vermədilər."

Azərbaycan teatrında inanılmaz sosial layihə - Bu dəfə səhnəyə fərqli şəxslər çıxacaq

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə Sputnik Azərbaycan-a verilən açıqlamaya görə məktuba yaxın günlərdə cavab veriləcək: "Məktub İcra Hakimiyyətinə daxil olub. İcra Hakimiyyəti tərəfindən "Bu şəhərdə" üzvlərinə "yox" cavabı verilməyib. Yaxın günlərdə cavablandırılacaq. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Sumqayıtda hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur. "Bu şəhərdə" komandası da ötən illərdə Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil edilib. "Bu şəhərdə"nin konsert proqramında şəhər rəhbərliyi də iştirak edib. Hər il onlar Sumqayıtda iki konsert proqramı ilə çıxış edirlər".

Qeyd edək ki, ötən il də "Bu şəhərdə"nin kollektivi Sumqayıt konsertinə qadağa qoyulması haqda xəbər yaymışdı. Amma bir müddətdən konsertləri baş tutmuşdu.

Xəbər lenti
0