10:23 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd "Tramadol" və 5 ədəd "Prebagalin" həblərini satarkən saxlanılıblar

BAKI, 22 yanvar — Sputnik. Abşeron rayon və Bakı sakinləri satışına məhdudiyyət qoyulmuş həbləri satarkən saxlanılıblar. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd "Tramadol" və 5 ədəd "Prebagalin" həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd "Tramadol", 667 ədəd "Pregabalin", 659 ədəd "T-doll", 246 ədəd "Contramal", 10 ədəd "Tamol XX", 58 ədəd "Royal", 70 ədəd "Lyrica" və 126 ədəd "Regapen" aşkar edilərək götürülüb.

Əsas mövzular