Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin güclü liderdir - Çexiya Prezidenti

© Sputnik / Alexey Nikolsky / Mediabanka keçidПрезидент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в Центре международной торговли на Красной Пресне
Президент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в Центре международной торговли на Красной Пресне - Sputnik Azərbaycan
Abunə olmaq
Miloş Zeman Baş Nazir Dmitri Medvedyevlə "pis yola getməyib", hələ tanış olmadığı üçün Mixail Mişustinin Baş nazir təyin olunmasını şərh etməyib

BAKI, 20 yanvar — Sputnik. Çexiya Prezidenti Miloş Zeman Rusiya lideri Vladimir Putini güclü lider adlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Zeman bunu Çexiyanın "Frekvence1" radiostansiyasına müsahibəsində bildirib.

"Prezident Putin güclü siyasi fiqurdur. Bunu demək olar ki inkar etmirlər", - deyə Putin vurğulayıb.

Çexiya Prezidenti eyni zamanda Rusiya hökumətinin istefaya getməsini də şərh edib. Zeman vurğulayıb ki, sabiq Baş Nazir Dmitri Medvedevlə "pis yola getməyib".

O, hələ tanış olmadığı üçün Mixail Mişustinin Baş nazir təyin olunmasını şərh etməyib.

Qeyd edək ki, yanvarın 16-ı Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Elə həmin gün Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.

Xəbər lenti
0