03:56 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Almaniya çərşənbə axşamı bəyan edib ki, yanvarın 19-da Liviyadakı vəziyyətin tənzimlənməsi ilə bağlı Berlində konfrans keçiriləcək.

BAKI, 17 yanvar — Sputnik. Liviyanın Milli Barışıq Hökumətinin (MBH) Baş Naziri Fayez Sərrac və Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar nəinki danışmaq, hətta hələ ki, bir otaqda belə olmaq istəmirlər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov deyib.

Onun sözlərinə görə, yanvarın 19-da Berlindəki konfransdan sonra "Liviyadakı tərəflər keçmiş səhvlərini təkrarlamamalı, əlavə şərtlər irəli sürməyə, bir-birini günahlandırmağa başlamamalıdırlar".

"Hələ ki, onların arasında münasibətlər çox gərgindir, onlar nəinki bir-biriləri ilə danışmaq və ya görüşmək, hətta bir otaqda olmaq istəmirlər", - Lavrov Rusiya diplomatiyasının 2019-cu ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında deyib.

Almaniya çərşənbə axşamı bəyan edib ki, yanvarın 19-da Liviyadakı vəziyyətin tənzimlənməsi ilə bağlı Berlində konfrans keçiriləcək. Konfransa Rusiya, ABŞ, Türkiyə, Misir və digər ölkələrin, eləcə də Avropa İttifaqı və BMT-nin nümayəndələri dəvət ediliblər.

Liviyanın Milli Barışıq Hökumətinin Baş Naziri Fayez Sərrac və Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Berlindəki konfransda iştirak edəcəklərini bildiriblər.

Əsas mövzular