11:21 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.

BAKI, 17 yanvar — Sputnik. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasından Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə, Niderlandın Utrext şəhərində yerləşən Yaarbeurs beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib və sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.

Niderlandda keçirilən turizm sərgisində Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı təxribat

Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda Gürcüstan "GroosCom Travel" və Niderland Krallığının "Kaukasus Reisen Plus" turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.

Sərgidə Gürcüstan və Niderland Krallığının turizm şirkətləri işğal altında olan Azərbaycan torpaqlarının başqa rənqlə göstərildiyi, həmin ərazilərin "Nagorno Karbakh Republic" və "Artsakh" kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.

Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.

Niderlandda keçirilən turizm sərgisində Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı təxribat

Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat versə, hər hansı qadağa mexanizmi olsa, xəritəni yığışdıracaqlarını bildiriblər. Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib. O, təşkilatçılara bildirib ki, yanvarın 19-na qədər sərgiyə gündəlik nəzarət edəcəyik və israrla tələb edirik ki, təxribat elementləri daşıyan xəritə və bukletlər yenidən istifadə olunmasın.

Əsas mövzular