18:29 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
127410

"Palma yağı sərtləşdirilmiş günəbaxan yağından daha üstündür. Sərtləşdirilmiş günəbaxan yağı insan səhhəti üçün zərərlidir, palma yağı yox!".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Yağ gündəlik istifadə etdiyimiz əsas məhsul olduğundan, onun keyfiyyəti hər kəsi narahat edən məsələdir. Ölkəmizdə satılan duru, kərə və spreyd yağların keyfiyyəti ilə bağlı çoxsaylı problemlərin olması isə bu narahatlığı daha da artırır. Sputnik Azərbaycan yağların keyfiyyət məsələsinə elə paytaxtdan bir qədər aralıda yerləşən Bakı Qida və Yağ Fabrikində mütəxəssislərlə aydınlıq gətirib. Buradan məlumat verilib ki, fabrikdə duru, marqarin və spreyd-kərə qarışığı olan yağlar istehsal olunur. Lakin fabrikdə kərə yağı istehsal olunmur. Burada yalnız Yeni Zellandiyadan gətirilən kərə yağlar qablaşdırılır. Böyük istehsal sahəsinə malik fabrikdə yağ istehsalı üçün ən müasir zəruri avadanlıqlar quraşdırılıb. Biz isə yolumuzu ilk olaraq yağın rafinə prosesi aparılan isehsalat hissəsindən salırıq. Burada Araşdırma üzrə baş mütəxəssis Tural Babayev bizi idarəetmə otağı ilə tanış edir. Tural Babayev bildirir ki, bu kabinetdə istehsal prosesində keyfiyyətə və digər göstəricilərə ciddi nəzarət edilir. Onun sözlərinə görə, kompyuter sistemi standartdan kənara çıxma olduğu an dayandırılır. Bu uyğunsuzluq dərhal aradan qaldırılır: "Bundan sonra nümunə analiz olunur. Əgər keyfiyyətə nəzarət şöbəsi keyfiyyətdə problemin aradan qaldırıldığına rəy verirsə, bundan sonra sistem işə salınır".

© Sputnik / Zulfiyya Guluyeva
Bakı Qida və Yağ Fabriki

Fabrikin laborator kabinetinə də baş çəkirik. Kimyaçı mühəndis Rəşad Məmmədov məlumat verir ki, laboratoriya ən müasir avadanlıqlarla təmin olunub. 12 nəfərin çalışdığı bu laboratoriyada gündəlik 1500-dən çox analizlər aparılır. Bundan əlavə fabrikdə mikrobioloji laboratoriya da var. Bu laboratoriyada satışa getməzdən əvvəl bütün yağlar analiz edilir.

© Sputnik / Zulfiyya Guluyeva
Bakı Qida və Yağ Fabrikinin kimyaçı mühəndisi Rəşad Məmmədov

Fabrikə gəlişimizin əsas məqsədi yağların keyfiyyət məsələsi olduğundan, Keyfiyyətə nəzarət departamentinin müdiri Rəcəbəli Həsənzadə ilə söhbətləşirik. R. Həsənzadə deyir ki, əvvəllər günəbaxan yağları sərtləşdirmə prosesindən keçirilirdi. Artıq yağ fabriki xeyli müddətdir ki, sərtləşmə prosesindən imtina edib. Azərbaycanda duru yağ fraksiyonlaşdırılaraq sərt hala salınır.

Qeyd edək ki, duru yağın hidrogenlləşdirilərək sərtləşdirilməsi insan orqanizm üçün təhlükəli sayılır. Bunlar trans yağlar adlan. R. Həsənzadə də deyir ki, dünyada trans yağ miqdarı standartı 2 faizdir: "Fabrikdə istehsal etdiyimiz bütün yağlarda biz o faizi 2019-cu ilin əvvəlindən dünya standartına çatdırmışıq. Azərbaycanda bizim qarşımızda belə tələb olmasa da, fabrik öz istehsal etdiyi yağları dünya bazarına çıxardır. Ona görə də, məcburuq ki, dünya bazarının bu tələbinə uyğun yağ istehsal edək. Günəbaxan duru yağından hidrogenləşdirilərək sərtləşmiş yağ istehsal etdikdə trans yağ tərkibi 50 faiz olur. Bu cür yağlar orqanizm üçün də ciddi təhlükədir. Həqiqətən də bu yağlar ziyanlıdır".

© Sputnik / Zulfiyya Guluyeva
Fabrikin keyfiyyətə nəzarət departamentinin müdiri Rəcəbəli Həsənzadə

Mütəxəssis deyir ki, palma yağının təhlükəli olduğu barədə yayılan məlumatlar da tam həqiqəti əks etdirmir: "Palma yağı sərtləşdirilmiş günəbaxan yağından daha üstündür. Sərtləşdirilmiş günəbaxan yağı insan səhhəti üçün zərərlidir, palma yağı yox! Günəbaxan yağı duru yağdır. Onu nə qədər istəsək də, mövcud halı ilə qatılaşdıra bilmərik. Bunun üçün mütləq hansısa kimyəvi proses aparmaq lazımdır. Elə onun ziyanlı tərəfi də bundadır. Bu gün biz dövlət sifarişi ilə pambıq yağı istehsal edirik. Pambıq yağının sərt hissəsini dondurub ayırırlar. Yağın duru hissəsi ilə sərt hissəsi bəlli temperaturda ayrılır".

© Sputnik / Zulfiyya Guluyeva
Bakı Qida və Yağ Fabriki

R. Həsənzadə duru yağların istehsalında soyadan istifadə məsələsinə də aydınlıq gətirdi. O, deyir ki, qarğıdalı, günəbaxan yağlarının istehsalı üçün Bakı Qida və Yağ fabriki əsas xammalı xaricdən alır. Buna səbəb də ölkədə tələbatı ödəyəcək səviyyədə günəbaxan və qarğıdalı yetişdirilməməsidir. R. Həsənzadənin sözlərinə görə, bu gün ölkəmizdə fabrikin istehsal etdiyi qarğıdalı və günəbaxan duru yağlarında soyadan istifadə olunmur.

Əsas mövzular